Rüşvət almaqda ittiham olunan hakim danışdı

rusvet-almaqda-ittiham-olunan-hakim-danisdi
Oxunma sayı: 644

”Qafqazinfo” xəbər verir ki, bu sözləri apasport.az saytına futzal üzrə FİFA referisi Elçin Məmmədov deyib.

Ölkə kubokunun cavab yarımfinal oyunu olan “Xəzər Lənkəran” – “Bakı” matçında baş hakim funksiyasını yerinə yetirən Elçin Məmmədovun rüşvət qalmaqalına görə Premyer Liqadan uzaqlaşdırıldığı deyilir. Ancaq Məmmədov hər dəfə əlində bu haqda Hakimlər Komitəsinin rəsmi sənədi olmadığını əsas gətirərək, danışmaqdan imtina edir.

Bununla belə, yaxın günlərdə bu haqda rəsmi qərar çıxarılacağı gözlənilir. Artıq PFL prezidenti Ramin Musayevin Məmmədovun Premyer Liqaya təyinat almayacağını deməsi, buna sübut kimi göstərilə bilər: “Ramin Musayevin belə fikir deməsinə inanmıram. Çünki onun fikirləri təhrif olunub”.