Rüşvət vermək istəyərkən tutulan vəkilin cəzası azaldıldı

rusvet-vermek-isteyerken-tutulan-vekilin-cezasi-azaldildi
Oxunma sayı: 633

Ali Məhkəmədə rüşvət verməkdə və vəzifə saxtakarlığında təqsirləndirilən vəkil Əliabbas Rüstəmovun kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İmran Hacıqayıbovun icraatında olan prosesdə qərar elan edilib.

Qərara əsasən, hökm dəyişdirilib və Ə.Rüstəmovun ittiham olunduğu vəzifə saxtakarlığı maddəsi üzrə məsuliyyətə cəlb edilmə müddəti bitdiyi üçün ona bu iş üzrə ona cəza təyin edilməyib.

Rüşvət vermə ittihamına görə isə cəzası 1 il azaldılaraq Ə.Rüstəmova 6 il azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, Ə.Rüstəmov vergidən yayınmaqda təqsirləndirilən şəxsin cinayət işinə xitam verilməsi üçün həmin adamdan 95 min manat alıb və pulu müstəntiqə rüşvət kimi verəcəyini bildirib.

Murad Əhməd