Rüşvətə görə 4 il həbs

rusvete-gore-4-il-hebs-
Oxunma sayı: 650

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, rüşvət almaqda ittiham olunan Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Oktay Salamovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Salamov Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Oktay Salamovun xidməti otağına baxış keçirilərkən qəzetə bükülmüş 30 ədəd 100 manatlıq əsginazlarla - cəmi 3 min manat məbləğində pul və vətəndaşın adı qeyd olunmuş qeydiyyat kitabçası maddi sübut kimi götürülüb. O, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilb.