“Rza məşhurluq üçün Günellə Ebrudan istifadə etdi”

rza-meshurluq-ucun-gunelle-ebrudan-istifade-etdi
Oxunma sayı: 6358

Türkiyənin məşhur köşə yazarı Esin Övet müğənni Günel Zeynalova, Ebru Gündeş və Rza Zərrabla bağlı yazı yazıb. “Qafqazinfo” xəbər verir ki, məqalə “İki qadın, bir adam” başlığı ilə “Habertürk” xəbər portalında dərc edilib. 

E. Övet yazısında Günelin Rza ilə Ebrunu tanış etməsi, iş adamı ilə eşq macərasından söz açıb:

“Hamı Günel, Rza Zərrab və Ebru Gündeşdən danışır. Tamam, Ebru Gündeş və Rza Zərrab yeni mövzudur. Amma hər kəs Güneli beyinlərdən silinməyən hadisələrini xatırlmağa çalışır. Yəni Günel və Rzanın sevgisini yenidən araşdırmağa başlayır. Azərbaycanlı Günel. Kiçik, amma gözəl səsli Günel. İbrahim Tatlısesin kəşflərindəndir. Hətta “İmperator”un yanında çox mahnılar oxudu. “Oy nidem, oy Didem, Didem, Didem. Sənsiz başım ama nerelere gidem” deyə-deyə klipində Burcu Esmersoyu oynatdı. 

Günel balaca idi, Türkiyədə tanınırdı və təbii ki, illər içindi böyüdü. Və bir sevgilisi oldu. Bu sevgilinin adı da Rza Zərrab idi. Günel istedadlı idi, hətta Sibel Can, İbrahim Tatlıses kimi şəxslərə mahnılarını verirdi. Günel həm sevgilisinə dəstək olmaq, həm də onu məşhur etmək üçün bir çox sənətçi ilə tanış edirdi. Ən son olaraq Ebru Gündeşin qapısını çaldı. Ara-sıra Günel ortaya çıxıb “8 illik bir eşqim var. Ebru Gündeş əlimdən aldı. Amma Rza mənə hələ aşiqdir” desə də keçmiş olsun! Cütlük evləndi, uşaqları oldu və bütün dünya indi onlardan danışır. 

Ətrafımızda belə insanlar çoxdur. Bu sənətə başlayanda çox yazı yazmışam. Saymaqla bitmir. Bir kişi məşhur olmaq üçün məşhur bir qadını seçər. Bu, əksinə də ola bilər. Əgər hədəfinə çatacaq yolda qadın sənə yardım etmirsə, kişi başqasına gedər. Ebru Gündeş Rza üçün tez bir yol açacaq şöhrətə sahib idi. O da təcili olan yolu seçdi. Düşünün ki, Ebru Gündeş yaşadığı bu hadisələrdən sonra zədələnməyib. Bütün dünya bu hadisəni danışarkən o sakit durur, 2018-ci ili qarşılamaq üçün 1 milyonluq konsert müqaviləsi imzalayır. Maşallah! Günel nə edir? Klassik yaşamağına davam edir. Əvvəlki məşhurluğu bu aralar yoxdu. Ancaq Rza Zərrabla bağlı məsələlərdə gündəmə gəlir”.