Rza Talıbovun kitabı Gürcüstanda təqdim olundu - Fotolar

rza-talibovun-kitabi-gurcustanda-teqdim-olundu
Oxunma sayı: 3783

Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan tədbirlər çərçivəsində Rza Talıbovun gürcü dilində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının İvane Cavaxişvilli adına Tbilisi Dövlət Universitetində  təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri  Dursun Həsənov və digər rəsmi şəxslər iştirak edib.

“Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitab Təhsil Nazirliyinin qərarı ilə dərslik kimi təsdiq edilib və universitetlərdə istifadə olunur. 

Kitab, həmçinin MDB ölkələrinin bir çoxunun ali məktəblərində də tədris olunur. 

Qeyd edək ki, Rza Talıbov Baki Dövlət Universitetinin dosenti, siyasi elimlər üzrə fəlsəfə doktoru və Batum Dövlət Universitetinin fəxri doktorudur.