Rza Zərrab bu gün azadlığa çıxır - - İddia

rza-zerrab-bu-gun-azadliga-cixir-
Oxunma sayı: 1968


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yazar köşəsində məhkəmədən iş adamı Zərrabın bu gün sərbəst buraxılacağı haqda məlumat əldə etdiyini bildirib: 

“Dünən bir iş üçün İstanbul məhkəməsində idim.  Maraqlı bir məlumat aldım. Qarşılaşdığım bir hüquq adamı "Fatih bəy, siz bu gün Zərrabdan yazmısınız. Sizə bir məlumat verəcəm. Zərrab və digərləri sabah sərbəst buraxılacaqlar"-, deyə bildirdi. 

"Yox canım. Daha bir neçə gün əvvəl şikayəti rədd edilib"-, dedim.

"Sizin dünyadan xəbəriniz yoxdur. Qərara etiraz etdilər. Sabah ( yəni bu gün ) sərbəst qalacaqlar" dedi.

"Bunu nəyə əsaslanaraq iddia edirsiniz" deyə soruşdum. 

"Kürsüyə söykənərək deyil, iddiaya baxacaq məhkəməyə əsaslanaraq deyirəm" dedi.

"Məhkəmə qərarlarını əvvəldənmi öyrənirsiniz" deyə soruşdum. "Siz prezidentin qanunu qadağa etməyəcəyini necə təxmin etdinizsə, mən də elə iddia edirəm" dedi.

Allah bilir ki, bu uzaqgörənlik məni heç çaşdırmadı”.