Rza Zərrab istefa verdi

rza-zerrab-istefa-verdi
Oxunma sayı: 3417


 “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, şirkətin yaydığı açıqlamada bildirilir ki, Zərrab yanvarın 6-da “Sarkuysan”ın idarə heyətindən istefa verib.

Şirkətin idarə heyəti üzvlərindən biri mətbuata açıqlamasında Zərrabın hələ ötən ilin  iyununda 41 əleyhinə 40 lehinə səs toplamasına baxmayaraq şirkətin idarə heyətinə seçildiyini bildirib. O, Zərrabın “Sarkuysan” idarə heyətinə seçilməkdə maraqlı olmasının isə indiyə qədər hər kəsə qaranlıq qaldığını deyib. 

Qeyd edək ki, iş adamının şirkətin idarəçiliyində ciddi cəhdlə yer almağa çalışmasına İrana qızıl ticarəti üçün yeni yollar axtarışının səbəb olması kimi versiyalar da irəli sürülürdü.