Rza Zərrab nazirə 700 minlik rüşvət saat verib

rza-zerrab-nazire-700-minlik-rusvet-saat-verib
Oxunma sayı: 3910



Rza Zərrabın iqtisadiyyat naziri Zəfər Çağlayana milyonlarla dollar rüşvətlə yanaşı 300 min frank ( təxminən 700 min TL ) dəyərində “Patek Philippe” markası olan saat da hədiyyə etdiyi iddiası irəli sürülüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zəfər Çağlayan saatlarıyla məşhur İsveçrənin Cenevrə şəhərində bəyəndiyi “Patek Philippe” 5101G model saatı Rza Zərrabdan istəyib. Rza isə öz adamı Murad Yılmazı İsveçrəyə göndərərək saatı aldırıb və  2013-cü ilin sentyabrın 25-də Ankarada nazirin xüsusi adamı Onur Qayaya təslim edib.  Saat təqdim edildikdən sonra Murad Yılmaz müdiri Rza Zərraba mesaj yazaraq saatı təhvil verdiyi haqqında məlumat verib.

Rza Zərrabın nazirə xaricdən gətirtdiyi saat, polisin izləməsi sayəsində telefon danışıqlarından da məlum olub. Mətbuat Onur Kaya ilə Rza Zərrab arasında olan telefon danışıqlarının stenoqramını çap edib.

Onur Kaya: “Nə vaxt İstanbulda olar?”   

Rza Zərrab: “İstanbula yox, mən Ankaraya göndərirəm axı”.   

Onur Kaya: “Ankara da olar. Fərqi yoxdur. Ankara daha yaxşı olar”. 

Murad Yılmaz (Rza Zərrabın saat üçün İsveçrəyə göndərdiyi adamı): “İsveçrədəyəm. Rəis bura göndərmişdi e... Saat 12-də Ankarada olacam. De görək, nə edək, necə edək?”

Əmrah: “Biz səndən əmanət alacağıqmı?”  

Murat Yılmaz: “Yəni Bəy əfəndiyə verilməsi gərəkən bir əmanət var”.  

Əmrah: “Anladım”