“Rza Zərrab qanunsuz işlərə qarışıbsa, öz problemidir”

rza-zerrab-qanunsuz-islere-qarisibsa-oz-problemidir
Oxunma sayı: 3474


“Qafqazinfo” xəbər verir ki, iş adamı facebook hesabında onun barəsində Türkiyə mediasında yazılan məlumatların yanlış olduğunu və bu səbəbdən açıqlama vermək məcburiyyətində qaldığını bildirib:

“Ticari fəaliyyətlərimin heç birində ən kiçik bir qanundankənar davranışım olmayıb. Mənbəyi gizlənməyəcək həcmdə olan ticari fəaliyyətlərim ilə bağlı olaraq İran vətəndaşlarına tətbiq olunan bəzi məhdudiyyətlər xaricində haqqımda hər hansı bir araşdırma və sanksiyalar tətbiq olunmayıb. 

Türkiyədə gündəmdə olan araşdırmada adı keçən şəxslər arasında iranlı olması ilə əlaqəli Rza Zərrabdan başqa tanıdığım biri yoxdur. Onunla da həyatımda bir neçə dəfə görüşmüşəm. Heç bir şəkildə yürütdükləri ticari fəaliyyətlə əlaqəm yoxdur, gördükləri işlərdən də xəbərim yoxdur. İş yerlərinin də harada olduğunu bilmirəm. Qanunsuz işlərə qarışıblarsa da öz problemləridir. 

Təxminən 6 aydan bu yana İrandan xaricə çıxmamışam. Hələ də Tehrandayam. Rza Zərrabla Antalyada görüşəcəyim xəbəri tamamilə yalandır. Mən tanınan adamam. Qanunsuz yollarla səyahət etmirəm və ya saxta sənədlərdən istifadə etməyim mümkünsüz. 

Rza Zərrabın patronu deyiləm. Aramızdakı iş əlaqəsi ümumi ticarət həcminin mində birindən belə azdır. 

Son illər baş nazir Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə inkişaf edən Türkiyə sadəcə mənim üçün deyil, müsəlman ölkələrin sərmaye sahibləri üçün də bir cazibə mərkəzinə dönüb. Baş nazir Ərdoğanın liderliyinə olan güvənimə görə Türkiyəyə də investisiya qoydum. İnkişaf edən dünyada ən öndə gedən Türkiyə və Türkiyənin baş naziri Tayyib Ərdoğan ilə bir müsəlman olaraq qürur duyuram...

Haqqımda saxta xəbərlər yayaraq məni bezdirməyə çalışanları da sevindirməyəcəm”.