Rza Zərraba sui-qəsd edilib - Yeni iddia

Rza Zərraba sui-qəsd edilib
Oxunma sayı: 2269

ABŞ-da həbsdə olan məşhur iş adamı Rza Zərrab haqqında yeni iddia səsləndirilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gündür haqqında heç bir məlumat alınmayan iş adamını qaradərili bir məhbusun öldürməyə cəhd etdiyi iddia edilib.

Bu səbəbdən onun başqa həbsxanaya köçürüldüyü bildirilir.

Digər bir iddiaya görə, ABŞ-da müəyyən dairələr Zərrabdan istədikləri cavab almaq üçün bu yolla etiraf etdirmək istəyirlər.

Qeyd edək ki, R.Zərrab son iki məhkəmə prosesində iştirak etməyib. Türk vəkili onunla əlaqə saxlaya bilmədiyi üçün Türkiyə Xarici İşlər Nazirliyi bu həftə 2 dəfə ABŞ-a nota verib.

Bank fırıldaqçılığı və “çirkli pulların yuyulması”nda ittiham edilən 34 yaşlı biznesmen 19 mart 2016-cı ildə Mayami şəhərində tutulub.

Təbrizdə doğulan Zərrabın İran və Türkiyə vətəndaşlığı var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi