Rza Zərrabdan 45 min dollar rüşvət alan nəzarətçi həbs edildi

Rza Zərrabdan 45 min dollar rüşvət alan nəzarətçi həbs edildi
Oxunma sayı: 1359

ABŞ-da həbsxanada qaldığı müddətdə cənubi azərbaycanlı iş adamı Rza Zərraba gizli yolla telefon, spirtli içki və dərman ötürən nəzarətçi Viktor Kasado həbs edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, nəzarətçi 3 il məhkumluq həyatı yaşayacaq. Kasado məhkəmədə Rza Zərraba etdikləri müqabilində 45 min dollar rüşvət aldığını etiraf edib. O, aldığı pulları Dominikandakı ailəsinə göndərib.

Qeyd edək ki, İrana tətbiq edilən sanksiyaları pozmaqda ittiham olunan Rza Zərrab ötən ilin mayında müəyyən şərtlər daxilində azadlığa buraxılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi