Rza Zərrabın həbsində Rusiya izi - - Təfərrüat

rza-zerrabin-hebsinde-rusiya-izi-
Oxunma sayı: 3792


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında Rza Zarrabın sürücüsünün də olduğu 14 nəfərin bu il dekabrın 14-ü  Rusiyaya çamadanlarda pul daşıyarkən İstanbul Atatürk Hava Limanında polis tərəfindən saxlanılmasından sonra rus polis orqanları "qara pul" istintaqına başlayıb. 

Qaçaqçılığın Türkiyədən başladığını təyin edən Rusiya bu vəziyyəti diplomatik yollarla Türkiyəyə çatdırıb. İddiaya görə, azərbaycanlı iş adamı və ətrafındakılarını izləməyə başlayan polis iş adamının bir çox hadisələrlə əlaqədar olaraq məmurlara rüşvət payladığını, qurulan "rüşvət çarxı" sayəsində qızıl, qida və müxtəlif məhsulları ixrac etdiyi məlum olub. Zərrabla əlaqədar digər iddia isə 1,5 ton qızılın icazəsiz xaricə çıxarması ilə bağlıdır. Məlumata görə, Zərrab ixracat və qaçaqçılıq işləriylə əlaqədar olaraq "on milyonlarla" dollar rüşvət paylayıb və bəzi şəxsləri türk vətəndaşlığına keçirib.