Rza Zərrabın həbsinə qarşı edilən etiraz qəbul edilmədi

rza-zerrabin-hebsine-qarsi-edilen-etiraz-qebul-edilmedi
Oxunma sayı: 1098


“Qafqazinfo” xəbər verir ki, İstanbul prokurorluğunda aparılan araşdırma çərçivəsində 21 dekabrda tutulmasına qərar verilən iş adamı Rza Zərrabın vəkili Şeyda Yıldırım tərəfindən iş adamının saxlanılmasına edilən etiraza 25-ci Sulh Cəza Məhkəməsində baxılıb.

Məhkəmə qəbul etmədiyi təxliyə tələbini araşdırma sənədləri ilə birgə daha yuxarı məhkəmə olan 8-ci Asliyə Cəza Məhkəməsinə göndərib.

Etiraz müraciətinə baxan 8-ci Asliyə Cəza Məhkəməsi R.Zərrabın tutulmasına qarşı etirazı qəbul etməyib və onun saxlanılmasının davam etdirilməsini qərara alıb. /Trend/