Rza Zərrabın İrandakı ortağı həbs edildi- - Foto

rza-zerrabin-irandaki-ortagi-hebs-edildi-
Oxunma sayı: 2118


Rüşvət və qaçaqmalçılıq əməliyyatı zamanı həbs olunan iş adamı Rza Zərrab İrandakı ortağı olduğu iddia edilən Babək Zəncani İranda saxlanılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, B. Zəncani İran neftinin “qara bazar”da qanunsuz satışından günahlandırılır.
 
Qeyd edək ki, Türkiyədə rüşvət, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə aparılan istintaq işində adı keçən iranlı iş adamlarının ölkəyə tətbiq olunan embarqo sayəsində qeyri-leqal gəlirlər əldə etdikləri haqda xəbərlər yayıldıqdan sonra İran prezidenti Həsən Ruhani vitse-prezident İshaq Cahangiriyə bu məsələnin araşdırılması barədə göstəriş verib. O, dövlətin verdiyi özəl imtiyazlardan faydalanaraq qanunsuz gəlir əldə edən şəxslərin müəyyənləşdirilməsi və barələrində təhqiqat aparılmasını tələb edib.