Rza Zərrabın məhkəməsi təxirə salındı

rza-zerrabin-mehkemesi-texire-salindi
Oxunma sayı: 1024

ABŞ-da həbsdə olan tanınmış iş adamı Rza Zərrab və “Halkbank”ın sabiq icraçı direktoru Mehmet Hakan Atilanın məhkəmə prosesi 4 dekabra təxirə salınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə prosesi üçün 27 noyabrda jüri heyəti seçiləcək.

Ötən həftə Türkiyə Xarici İşlər Nazirliyi R.Zərrab haqqında məlumat əldə bilmədiyi üçün ABŞ-a iki dəfə nota verib. İş adamına sui-qəsd cəhdi olduğu iddia edilmişdi.

Qeyd edək ki, hər iki şəxs bank fırıldaqçılığı və “çirkli pulların yuyulmasında” ittiham edilir.