Rza Zərrabın “Rəis” dediyi gizli milyarderin - - Videosu

rza-zerrabin-reis-dediyi-gizli-milyarderin-
Oxunma sayı: 5341


Türkiyədə səs-küyə səbəb olan “Böyük rüşvət” əməliyyatında açar şəxs hesab olunan Rza Zərrabın arxasındakı şəxsin “Rəis” və “Kont” ləqəbli iranlı milyarder Babək Zəncani olduğu deyilir. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 17 dekabr əməliyyatının əsas hədəfinin əslində Zəncani olduğu, onun Antalyada Zərrabla görüş planlaşdırdıqları, lakin dinlənildiklərini anladıqdan sonra Zəncaninin yoxa çıxdığı iddia olunur. 

“Doğan Xəbər Agentliyi” iş adamının bu ilin martın 15-də Tacikistanın paytaxtı Düşənbədə ölkə prezidenti İmaməli Rəhmanın da iştirakı ilə baş tutan Asiya Ekspress Şəhərlərarası Avtobus Terminalının açılışındakı görüntülərini yayıb. 

Qeyd edək ki, rüşvət və qaçaqmalçılıq əməliyyatında həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın verdiyi ifadələrindən birində B.Z deyə adını çəkdiyi şəxsin məhz İran mətbuatında adı çəkilən Zəncani olduğu ortaya çıxıb. 

Tehranda doğulan 42 yaşlı Zəncaninin həyatı keçmiş İran prezidenti Haşimi Rəfsəncaninin birliyini ziyarət etdikdən sonra dəyişir. O, həmin dövrün Mərkəzi Bankının müdiri olan Mohsen Nourbakhshın sürücüsü olur. Əvvəlcə Türkiyəyə qoyun dərisi satmağa başlayan Zəncani iflas etdikdən sonra həbs edilir. Daha sonra Türkiyəyə gəlir burada Böhran İdarəçiliyi üzrə universitet təhsili alır və kosmetika işinə girir, beləcə özünün “Kont” kosmetika şirkətini yaradır. Onun milyarderlər klubuna daxil edilməsinə səbəb olan hadisə isə 2010-ci ildə baş verir. İnqilab Mühafizəkarlarının sanksiya səbəbindən heç cür xaricə çıxara bilmədikləri 40 milyon dolları bir neçə günə ökədən çıxara bildikdən sonra dövlətin də qapıları onun üzünə açılır. Daha sonra xaricə neft satışını ələ keçirən Zəncani, eyni zamanda İran hökumətindən milyardlarla dollar dəyərində tenderlər almağa başlayır. 

Son üç ildə sərvəti 13,5 milyard dollara çatan Zəncani artıq İran Neft Nazirliyi, İnqilab Mühafizəkarları və Mərkəz Bankının əsas pul qaynağı olur.  “New York Times” onu  “İranın embarqosunu yaran adam” kimi təqdim edir, sirli milyarderin hətta İranın Nazirlər Kabinetinin toplantılarına da qatıldığını, ökənin neft naziri ilə birbaşa görüşdüyünü yazır. 

2013 aprelində ABŞ və Avropa Birliyinin sanksiya tətbiq etdiyi və beləliklə də “qara siyahı”ya düşən Babək Zəncaninin xaricdəki hesabları dondurulur və beləliklə, İrana valyuta axınının da qarşısı alınır. İran hökumətinə 2,8 milyard dollarlıq borcunu ödəyə bilməyən Zəncani Türkiyədən İrana qızıl ticarətinə girişir.

İran mətbuatının yazdığına görə, dövlətə aid şirkətlərdən qanunsuz hissə alan və İran Məclisində qaldırılan 3 rüşvət olayında adı keçən Zəncaninin arxasında eks-hökumətdən 5 nazir və xüsusi xidmət orqanı durduğu üçün ona qarşı irəli sürülən rüşvət davaları üzərindən götürülür.

Bu video Adobe Flash Playerın son sürümünü gerektirmektedir.

Adobe Flash Playerın son sürümünü indirin.