“Rza Zərrabla heç bir əməkdaşlığımız yoxdur”

rza-zerrabla-hec-bir-emekdasligimiz-yoxdur-
Oxunma sayı: 4582


 “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr  şöbəsinin müdiri Afiq Səfərov  Türkiyədə həbs olunan iş adamları ilə əlaqədə Abdolbori Gözzalın da adının hallandırılması ilə bağlı bu gün mətbuatda dərc olunan informasiyaya münasibət bildirərkən deyib. O bildirib ki, sözügedən materialda yer alan fikirlər absurddur:

“Həmin fikirləri qətiyyətlə təkzib edirik. Təəssüflə bildiririk ki, bu ittihamlar “etibarlı mənbəyə” istinadla dərc olunub. Bizim Rza Zərrabla yaxınlığımız, ancaq yer üzündə yaşayan 7 milyard insana olan yaxınlığımız kimidir, yəni o da bizim kimi yer planetinin sakinidir. Bir daha qeyd edirik ki, Rza Zərrabla “Azersun Holdinq”in heç bir əməkdaşlığı yoxdur. Onu tanımadığımız üçün də haqqında nə müsbət, nə də mənfi fikir səsləndirə bilərik.  Bu informasiyalar isə bəzi qərəzli şəxslərin uydurmasıdır”.