““S-400” məsələsi bu həftə nəticələnəcək” - Ərdoğan

““S-400” məsələsi bu həftə nəticələnəcək”
Oxunma sayı: 987

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Ankarada keçirilən görüşdən sonra mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan Rusiyadan alınması planlaşdırılan “S-400” zenith-raket kompleksi ilə bağlı məsələnin bu həftə nəticələnəcəyini bildirib.

Onun sözlərinə görə, iki ölkənin müvafiq qurumları arasında yekun görüş keçiriləcək.

Qeyd edək ki, bu barədə danışıqlar 1 ilə yaxındır davam edir. Türkiyə beynəlxalq təzyiqlərə baxmayaraq raket kompleksini alacağı barədə qəti qərarını verib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi