“S-400”lərin birinci hissəsi Türkiyəyə gətirildi - Rəsmi açıqlama

“S-400”lərin birinci hissəsi Türkiyəyə gətirildi
Oxunma sayı: 1154

Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket komplekslərinin bir hissəsi Ankaraya gətirilib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, 11 may 2017-ci ildə imzalanmış müqaviləyə əsasən, “S-400” qurğularının birinci hissəsi artıq Ankarada Mürted Hava Üssünə gətirilib.

Xatırladaq ki, Türkiyənin Rusiyadan “S-400” müdafiə sistemlərini almaq qərarı ABŞ-la gərginliyə səbəb olub. Amerika rəhbərliyi Türkiyəni sanksiyalarla hədələyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha öncəki bəyanatında “S-400” raket kompleksinin çatdırılması məsələsinin artıq həll olunduğunu qeyd etmişdi: “Onları iyulda, hətta ondan da əvvəl ala bilərik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi