Saakaşvili aclıq aksiyasına başlayır

saakasvili-acliq-aksiyasina-baslayir
Oxunma sayı: 2225

Ötən gün Kiyevdə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Mixeil Saakaşvili müddətsiz aclıq aksiyasına başlayır.

“Qafqazinfo” “Unian”a istinadən xəbər veri ki, bu barədə onun vəkili Ruslan Çernolutski bildirib.

“Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını bəyan edib. O, həmçinin məcburi qidanlandırılma cəhdlərinə də mane olacaq”, -deyə vəkil vurğulayıb.

Bundan əvvəl Ukrayna Baş prokurorluğu Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə 72 saat ərzində Saakaşvili barəsində qərar çıxaracaq.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi maddələri ilə ittiham olunur.