Saakaşvili aktrisanın çılpaq portretinə xərclədiyi pula görə prokurorluqda ifadə verəcək – - Video

saakasvili-aktrisanin-cilpaq-portretine-xerclediyi-pula-gore-prokurorluqda-ifade-verecek-
Oxunma sayı: 1561

Gürcüstan prezidenti Mixail Saakaşvili keçirdiyi botoks əməliyyatlarına görə prokurorluqda dindirilə bilər.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Xatuna Paiçadze bildirib.

“İmedi” telekompaniyası Mixail Saakşvilinin 2009-cu ildə Nyu-Yorkdakı klinikalardan birində botoks estetik əməliyyatına 5 min 600 dollar, 2011-ci ildə isə 5 min 800 dollar xərclədiyini sübut edəcək sənədləri ortaya çıxarıb.

Sənədlərdə göstərilir ki, prezident amerikan biznesledi Kristina Vusavav ilə birlikdə Tiflisdəki “Redisson” mehmanxanasında istirahəti üçün 4 min 500 dollar xərcləyib və ona bahalı idman ayaqqabıları alıb. Bundan əlavə, Saakaşvili aktrisanın çılpaq portreti üçün təxminən 9 min dollar xərcləyib.

Qeyd edək ki, bir müddət əvvəl parlament nümayəndələrinin əksəriyyəti Saakaşvilini ailəsi və dostları üçün dövlət büdcəsindən qeyri-qanuni pul xərcləməkdə ittiham edib. Deputat İrma İmerlişvilinin sözlərinə görə, prezident Dubayda yeni il əyləncələrinə 150 min dollar, Tiflis meri Qiqi Uqulava ilə bahalı kurortlardan birində arıqlama seansı üçün 70 min dollar, xarici qonaqlara hədiyyə və xüsusi xidmət üçün isə 100 minlərlə pul xərcləyib.