Saakaşvili axşam çevriliş planını açıqlayacaq - Poroşenkoya təhdid

Saakaşvili axşam çevriliş planını açıqlayacaq
Oxunma sayı: 1762

Gürcüstanın eks-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynada hakimiyyəti dəyişmək üçün plan hazırlayıb. 

“Qafqazinfo” xəbər verir ki, Saakaşvili bildirib ki, əgər Kiyev Ali Rada qarşısındakı etirazçıların tələblərini yerinə yetirməsə bu gün axşam çevriliş planını elan edəcək. Bu gün səhərdən Saakaşvilinin təşkilatçılığı ilə yüzlərlə insan parlament binası qarşısına toplaşıb:

“Bu gün onların (deputatların-red.) son günüdür. Hələ ki, şanslarından istifadə edə bilərlər. Əgər sizin fikirlərinizin onları tamamilə maraqlandırmadığını nümayiş etdirməyə davam etsələr, axşam başqa planı elan edəcəyik. Bizim axşamkı plan məhdud şərtlərdən ibarət olmayacaq. Plan tək bir temadan bəhs edəcək: Ukrayna hökumətinin bütün səviyyələrdə qanuni, dinc, lakin real dəyişikliyi”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi