Saakaşvili axtarışa verilə bilər

saakasvili-axtarisa-verile-biler
Oxunma sayı: 1223


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu informasiyanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili yayıb. Onun sözlərinə görə, əgər Saakaşvili Gürsüctana gəlməsə, onun haqqında axtarış elan ediləcək. “Saakaşvili hazırda ölkənin adi vətəndaşıdır. Baş prokurorluqda ona veriləsi suallar çoxdur. Qoy Tiflisə gəlsin və suallara cavab versin”, - deyə baş nazir bildirib. 

Xatırladaq ki, Mixail Saakaşvili 10 cinayət işi ilə bağlı dindiriləcək. Xüsusilə o, 2005-ci ildə baş nazir Zurab Jvaniyanın öldürülməsində ittiham edilir. 

Qeyd edək ki, Saakaşvilinin çağırış vərəqəsi onun anası Qiuli Alasaniyaya təqdim edilib. Gürcüstan Baş prokurorluğunun prokuroru Koka Kaçitadze bu gün keçirdiyi brifinqdə deyib ki, Saakaşvili dindirilməyə gəlməməsini izah etməlidir. “Ancaq inanırıq ki, o, öz hərəkətini ölçüb biçəcək və Baş prokurorluğa gələcək”, - deyə prokuror deyib.