Saakaşvili Bakıya gəlir - Yenilənib

saakasvili-bakiya-gelir-yenilenib
Oxunma sayı: 639

Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfərə gəlir.

“Qafqazinfo”nun “Novosti Qruziya” saytına istinadən verdiyi xəbərə görə, bu barədə prezident bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, səfər iki gün sonra baş tutacaq və nümayəndə heyətinin tərkibinə şəhər meri də daxildir.

Qeyd edək ki, Tbilisi şəhər meri Qiqi Uqulava özgə əmlakını mənimsəmək və çirkli pulların yuyulmasında ittiham olunur. Prokurorluq merdən bir milyon lari (təxminən 600 min dollar) dəyərində girov tələb etmək , həmçinin istintaq davam edən müddətdə Uqulavanın şəhər meri kimi fəaliyyətini dayandırmaq niyyətindədir. Prokurorluq, həmçinin Uqulavanın istintaq müddətində ölkəni tərk etməsinə qadağa qoyulmasını da tələb edib.

Saakaşvili isə bu ittihamları hazırki hökumətin fantaziyasının məhsulu hesab edib. Merin ölkəni tərk etməsinə qadağa qoyulmasına münasibət bildirərək deyib ki, iki gün sonra Azərbaycana ediləcək səfərdə Uqulava da nümayəndə heyətinin tərkibində olacaq.