Saakaşvili BTQ dəmiryolunun açılışını edə bilməyəcək

saakasvili-btq-demiryolunun-acilisini-ede-bilmeyecek
Oxunma sayı: 995


“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Samtsxe-Cavaxeti regionunda tikinti işləri ilə tanış olan M.Saakaşvili bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisinin başa çatdırılması üçün hələ iki il də vaxt lazımdır: "Bu gün mən əmin oldum ki, bizim hissənin tikintisi nə bu il, nə də gələn il tamamlanacaq, yalnız iki ildən sonra başa çatacaq. Mən prezident kimi bu ilin sonunadək bu dəmiryolunun açılışını etmək niyyətindəydim, lakin təəssüf ki, bu olmayacaq".

Dövlət başçısı qeyd edib ki, faktiki olaraq, yeni dəmiryol London ilə Pekini birləşdirəcək və bu da Gürcüstan və regionun digər ölkələri üçün Avropaya yoldur.

M.Saakaşvili vurğulayıb ki, BTQ dəmiryolunun açılışının vaxtının dəyişdirilməsi iqtisadi layihələri, o cümlədən Əfqanıstandan ABŞ qoşunları və silahlarının bu yolla çıxarılması layihəsini poza bilər.