Saakaşvili bu gün Azərbaycana gələcək

saakasvili-bu-gun-azerbaycana-gelecek
Oxunma sayı: 662

Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Azərbaycana gəlir. ANS PRESS-in "Qruziya Online" saytına istinadən verdiyi məlumata görə, Gürcüstan dövlət başçısı 6-8 may aralığında ölkəmizdə səfərdə olacaq. M. Saakaşvili Cənubi Qafqaz forumunda iştirak edəcək.

Qeyd edək ki, Cənubi Qafqaz Forumu dünyanın 300-dən çox xarici ekspertlərin, ziyalıların, sabiq ölkə və hökumət rəhbərlərinin iştirakı ilə keçiriləcək. Forum İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas, İnsan alverinə Son layihəsi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır.

Forumun təşkilat Komitəsinə İsgəndəriyyə Kitabxanasının direktoru Cənab İsmayıl Seragəldin və Latviya Respublikasının sabiq Prezidenti Dr. Vaira Vike-Freiberga həmsədrlik edirlər.