Saakaşvili Elmar Məmmədyarovu qəbul edib

saakasvili-elmar-memmedyarovu-qebul-edib
Oxunma sayı: 638

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, təkbətək görüşdə Mixail Saakaşvili və Elmar Məmmədyarov iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni münasibətlərin geniş spektrini müzakirə edib.
Məmmədyarov həmçinin Gürcüstanın baş naziri Nika Qilauriylə də görüşüb.
Tərəflər energetika və nəqliyyat sferalarında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə əsas diqqət Qars-Axalkələk dəmir yolunun tikintisinə ayrılıb.

Nərgiz Ehlamqızı