Saakaşvili “erməniləşmə” siyasətindən narazıdır

saakasvili-ermenilesme-siyasetinden-narazidir
Oxunma sayı: 635

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bununla bağlı dövlət başçısı konstitusiya islahatlarına təşəbbüs etmək niyyətindədir.

Saakaşvili bildirib ki, konstitusiyada düzəlişlər etmək zərurəti “Gürcü arzusu” koalisiyası hakimiyyətə gəldikdən sonra ölkənin xarici siyasətinin kəskin “erməniləşmə”sindən yaranıb. Onun sözlərinə görə, İrəvanda artıq Gürcüstan dəmir yolu xəttinin Abxaziya hissəsinin bərpasının texniki detalları müzakirə olunur. Bununla da Rusiyanın Qafqazın tutması üçün şərait yaranacağını əlavə edib.