Saakaşvili ilə İvanişvili dalaşıb

saakasvili-ile-ivanisvili-dalasib
Oxunma sayı: 1498


“Qafqazinfo”nun Rusiya mətbuatıəna istinadən verdiyi məlumata görə, mübahisəyə səbəb 2008-ci ildə baş vermiş Cənubi Osetiya müharibəsi olub. Belə ki, İvanişvili “Balkli”də olarkən bəyan edib ki, 2008-ci ildə baş vermiş müharibəyə məsuliyyəti keçmiş hakimiyyət daşıyır. Saakaşvili isə baş nazirə cavab olaraq bildirib: “Mən gürcü tərəfinin müharibədə məsuliyyət daşıması ilə bağlı fikirləri qətiyyətlə rədd edirəm. Kim ki, Gürcüstanı bu müharibədə səbəbkar kimi görürsə o, ya Gürcüstanı sevmir, ya başqa problemləri var, ya da Gürcüstanın düşməni ilə əlaqəsi var”.

İvanişvili isə, "Öz məsuliyyətin haqqında danış" deyə, Saakaşviliyə replika atıb.