Saakaşvili İvanişvilini xalq üçün işləməyə çağırdı

saakasvili-ivanisvilini-xalq-ucun-islemeye-cagirdi
Oxunma sayı: 645

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezident Mixail Saakaşvili bildirib.

“Ölkədə kütləvi həbslər başlayıb. Bu isə insanların əsəblərinə toxunur. Uzun illərdən sonra ölkədə yenidən ciddi qeyri-stabillik yaranıb. Mən daima gələcəyə yönəlmişəm, nəinki keçmişə. Və söhbət mənim ölkəmdən və vətəndaşlarımdan gedirsə həmişə optimist olmağa çalışmışam. Əminəm ki, geriyə heç bir yol yoxdur”.

Saakaşvili çıxışında baş nazir, “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvilini xalq üçün çalışmağa çağırıb: “Biz onlara (Bidzina İvanişvili və onun komandasına) sizə verdikləri vədləri yerinə yetirmək üçün Konstitusiya çərçivəsində daha çox hakimiyyət verdik ki, həmin vədləri həyata keçirə bilsinlər. Əksəriyyət bilir ki, Gürcüstan təhlükədədir. Mən öz xalqımla həmişə - müharibə vaxtı, köməyə ehtiyacı olduğu vaxt, dirçəliş vaxtı bir olmuşam. Hamıya elan edirəm ki, xalqımı heç vaxt çətin vəziyyətdə tək qoymayacağam. Hər kəsi keçmişi və şəxsi qarşıdurmaları unudaraq xalq və gələcək üçün çalışmağa dəvət edirəm”.