Saakaşvili Kiyevə qayıdacağı günü açıqladı

Saakaşvili Kiyevə qayıdacağı günü açıqladı
Oxunma sayı: 1217

Odessanın keçmiş qubernatoru və Ukrayna vətəndaşlığından çıxarılan Mixail Saakaşvili Kiyevə qayıdacağı günü açıqlayıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, o, sentyabrın 19-da Kiyevə gedəcəyini bildirib.

“Hələ ki, bir neçə şəhərə getmək fikrindəyəm. Daha sonra, sentyabrın 19-da biz Kiyevə gedəcəyik. Kiyevi xilas etmək lazımdır”, - deyə Saakaşvili vurğulayıb.

Qeyd edək ki, M. Saakaşvili hazırda Ukraynanın Çernovtsı şəhərindədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi