Saakaşvili mühafizəçilərindən imtina edir

saakasvili-muhafizecilerinden-imtina-edir
Oxunma sayı: 643

Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, bundan sonra ölkədəki gəzintilərini və xalqla görüşlərini mühafizəçilərsiz həyata keçirəcək.

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, prezident bu barədə bəyanatını dünən Kutaisidə baş verən insidentdən sonra yayıb.

“Heç kim gözləməsin ki, mən ölkədəki gəzintilərimdən və xalqla görüşlərimdən imtina edim. Hər gün mən xalq arasında olacağam. Mənə nə mühafizəçi, nə zirehli maşın, nə də ki vertolyot lazım deyil. Hamısını məndən ala bilərlər. O zaman mən piyada gəzərəm”.

Xatırlaadq ki, dünən 600-dək adam Saakaşvilinin istefası tələbi ilə Milli Hərəkat Partiyasının yerli ofisinin qarşısında aksiya keçirib. Aksiya davam edən zaman Saakaşvili binadan çıxmaq istəyib, lakin bu an etirazçılar ona mane olmağa çalışıb. Yalnız təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra prezident binadan çıxa bilib.

Gürcüstanın bəzi KİV-ləri etirazçıların prezidentin kortejinə daş atdığı barədə məlumat yayıb.