Saakaşvili prokurorluqda dindiriləcək

saakasvili-prokurorluqda-dindirilecek
Oxunma sayı: 638

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İstintaq xidməti fevralın 23-də Tiflisin meri Qiqi Uqulavanı “İmedi” telekanalını ələ keçirməkdə günahlandıraraq, ona rəsmi ittiham təqdim edib. İstintaq hesab edir ki, telekanalın keçmiş sahibi Cozef Key 2008-ci ildə hədələnərək şirkətdə olan payını merə satmağa məcbur edilib. İstintaqın versiyasına görə, bu satınalma əməliyyatı saxta saziş vasitəsi ilə Tiflis meriyası tərəfindən maliyyələşib.

“Cozef Key izahatında təsdiq edir ki, keçmiş hakimiyyət nümayəndələrinin telekanalın mənimsənməsi məqsədi ilə atdıqları bütün addımlar Gürcüstan prezidenti ilə razılaşdırılıb. Ola bilsin ki, bu məsələlərə aydınlıq gətirmək üçün prezident şahid qismində prokurorluğa çağırılsın”, deyə Arçil Kbilaşvili jurnalistlərə bildirib.

Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze Kbilaşvilinin bəyanatını “çirkin böhtan” adlandırıb.