Saakaşvili tərəfdarları bütün şəhərlərdə mitinqə başlayır

saakasvili-terefdarlari-butun-seherlerde-mitinqe-baslayir
Oxunma sayı: 2217

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları paytaxt Kiyevdə mitinq keçiriblər.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, etirazçılar 3 gündür həbsdə saxlanılan Saakaşvilinin azad edilməsini tələb edirlər.

Minlərlə insan prezident Petro Paraşenkoya səslənərək qanunsuz əmələrindən dönməsini istəyiblər.

Nümayiş insidentsiz başa çatıb. Aksiyaların sabahdan etibarən Ukraynanın bütün şəhərlərində keçiriləcəyi açıqlanıb.