Saakaşvili Ukraynaya qayıdacağı günü açıqladı

saakasvili-ukraynaya-qayidacagi-gunu-aciqladi
Oxunma sayı: 634

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıdacağını bəyan edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, Feysbukda canlı yayım zamanı bildirib.

“Mən sentyabrın 10-da Polşadan Ukraynaya qayıdıram”, - deyə Saakaşvili söyləyib.

Xatırladaq ki, Ukrayna prezidenti P. Poroşenko ötən ay Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum olunmağı ilə bağlı fərman imzalayıb.  M. Saakaşviliyə Ukrayna pasportu 2015-ci ilin mayında P. Poroşenkonun fərmanı əsasında təqdim olunmuş, dekabrda isə o, Gürcüstan vətəndaşlığından məhrum olunmuşdu.