Saakaşvili veto qoydu

saakasvili-veto-qoydu
Oxunma sayı: 646

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, dövlət başçısı siyasi dustaqların azadlığa buraxılmasını yolverilməz hal hesab edir. O, parlamenti casusların azadlığa çıxmasına imkan yaradan qanunu yenidən gözdən keçirməyə məcbur edəcək.
Məlumata görə, hazırda Gürcüstan həbsxanalarında 20 min şəxs var ki, bunlardan 190 nəfəri siyasi dustaq elan edilib. Dustaqlar arasında həmçinin Rusiyanın xeyrinə casusluqda ittiham olunan Gürcüstan nümayəndəliyinin NATO-dakı keçmiş əməkdaşı, politoloq Vaxtanq Maisaya və daha 6 şəxs var.

Xatırladaq ki, amnistiya haqqında qanun dekabrın 21-də 150 deputatdan 80 deputatın lehinə səsverməsi ilə qəbul olunub. “Vahid Milli Hərəkat” partiyasının parlamentdə təmsil olunan azlığı layihənin müzakirəsindən və səsvermədən imtina edib. Amnistiya haqqında qanun parlament tərəfindən təsdiqlənəndən sonra imzalanmaq üçün prezidentə göndərilib.