Saakaşvili yüksəkvəzifəli məmurun evində gizlənibmiş

saakasvili-yuksekvezifeli-memurun-evinde-gizlenibmis
Oxunma sayı: 2893

Ötən gün Kiyevdə saxlanılan Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin harada gizləndiyi məlum olub.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, tərəfdarlarından birinin evinə sığındığı deyilən siyasətçiyə himayədarlıq edən şəxs Ukrayna Milli Polisinin yüksəkvəzifəli məmuru olub.

Polkovnik faktı təsdiqləyib və bildirib ki, Saakaşvili xəstə və ilkin tibbi yardıma ehtiyacı olduğu üçün onu evinə aparıb. Lakin bəzi şəxslər sirri ortaya çıxarıblar. Polkovnik həmçinin öldürüləcəyindən və ya həbsə atılacağından ehtiyat etdiyini qeyd edib.