Saakaşvilinin bağladığını İvanişvili açır

saakasvilinin-bagladigini-ivanisvili-acir
Oxunma sayı: 627

Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, bununla bağlı parlament üzvləri arasında müzakirələr aparılıb. “Gürcü arzusu”nun nümayəndəsi Zviad Dzidziquri koalisiyaya daxil olan deputatlarla danışıqlara başladığını deyib.

Deputat bildirib ki, bu məsələ hüquqi və iqtisadi tərəfdən araşdırılmalıdır ki, risklər minimuma endirilsin. Onun sözlərinə görə, Erqneti bazarının açılması üçün qanunda dəyişikliklər edilməlidir.

Xatırladaq ki, Cənubi Osetiyada yerləşən Erqneti bazarı vaxtilə Saakaşvili iqtidarı tərəfindən bağlanıb. Qərar onunla əsaslandırılıb ki, burada satılan Rusiya malları qaçaqmal yolu ilə Gürcüstanın ayrı-ayrı şəhərlərinə aparılır və nəticədə bu, ölkə büdcəsinə ziyan vurur.