Saakaşvilinin bayramını da əlindən aldılar

saakasvilinin-bayramini-da-elinden-aldilar
Oxunma sayı: 633

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Gürcüstan hökuməti bu tarixdə heç bir bayramı rəsmi şəkildə qeyd etməyəcək.

Qeyd edək ki, Gürcüstanda 23 noyabr Rusiya-Gürcüstan müharibəsindən sonra “Həmrəylik Günü” elan olunub.
23 noyabr Gürcüstanda həm də “Giorqoba” bayramıdır. Bu gün rəsmi şəkildə iş günü sayılmır.

Xatırladaq ki, Gürcüstanda fəaliyyət göstərən "Milli Hərəkat" və "Birləşmiş Demokratlar" partiyaları 2003-cü il noyabrın 23-də prezident Eduard Şevardnadzeni devirib hakimiyyət başına gəliblər. Mixail Saakaşvili-ölkə prezidenti, Zurab Jvaniya-baş nazir, parlament sədri-"Nino Burcanadze" olub. Hakimiyyətdə "Qızılgül inqilabı" liderlərindən yalnız Mixail Saakaşvili qalıb.

2003-cü ildən sonra "Qızılgül inqilabı" Günü hər il müxtəlif tədbirlərlə qeyd edilir. Həmin gün Saakaşvili məhbusların bağışlanması və cəza müddətlərinin azaldılması haqqında əfv fərmanı da imzalayır.

Mixail Saakaşvilinin prezidentlik vaxtı 2013-cü ildə bitir.