Saakaşvilinin daha bir səlahiyyəti alınır

saakasvilinin-daha-bir-selahiyyeti-alinir
Oxunma sayı: 648

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, yeni qanuna əsasən bu xidmət artıq prezidentə deyil, hökumətə tabe olacaq.
Parlamentin müdafiə və milli təhlükəsizlik üzrə komitə sədri İrakli Sesiaşvili məsələni siyasiləşdirməməyi xahiş edib.

Onun sözlərinə görə, icraedici hakimiyyət ölkənin təhlükəsizliyi, həmçinin strateji obyektlərin və vəzifəli şəxslərin mühafizəsi üçün cavabdehdir: “Dünya təcrübəsi öyrənilib. Ancaq dörd ölkədə Qırğızıstan, Moldova, Ermənistan və Azərbaycanda bu xidmət Daxili İşlər Nazirliyinə deyil, prezidentə tabedir”.

Sesiaşvili onu da əlavə edib ki, qanun kiminsə siyasi iradəsini əks etdirmir, islahatlar çərçivəsində həyata keçirilib.