“Saakaşvilinin davranışı gürcü və ukraynalıların üzünə tüpürməkdir”

saakasvilinin-davranisi-gurcu-ve-ukraynalilarin-uzune-tupurmekdir
Oxunma sayı: 2093

“Yeni güclərin hərəkatı” lideri Mixail Saakaşvilinin davranışları gürcü və ukrayna xalqlarının üzünə tüpürmək deməkdir.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında Saakaşvili ilə bağlı suala cavab verərkən deyib:

“Saakaşvilinin etdikləri gürcü və ukrayna xalqlarının üzünə tüpürmək deməkdir. Siz buna necə dözürsünüz? O, Gürcüstana rəhbərlik edirdi, indi isə meydanlarda qaçır və qışqırır ki, “mən ukraynalıyam”. Ukraynada normal biri yoxdur? Ürəyim qan ağlayır”. 

Rusiya lideri, həmçinin bildirib ki, bununla razılaşmasanız belə rus və ukraynalılar eyni xalqlardır.