“Saakaşvilinin əsl məqsədi hakimiyyəti ələ keçirməkdir” - Prezidentin partiya lideri

saakasvilinin-esl-meqsedi-hakimiyyeti-ele-kecirmekdir
Oxunma sayı: 1560

Odessanın keçmiş qubernatoru, “Yeni güclərin hərəkatı” partiyasının lideri Mixail Saakaşvilin tərəfdarları Ukraynada hakimiyyəti nəyin bahasına olursa-olsun ələ keçirməyə çalışırlar. “Qafqazinfo” xəbər verir ki, belə bir iddia ilə prezidentin parlamentdəki “Petro Poroşenko bloku”nun rəhbəri Artur Qerasimov çıxış edib:

“Mən daha da əmin oluram ki, nə Saakaşvili, nə də onun tərəfdarları irəli sürdükləri tələblərin yerinə yetirilməsini qarşıya məqsəd qoymayıblar. Onların əsl məqsədləri nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirmək üçün Ukraynada real genişmiqyaslı qeyri-sabitlikdir”. 

Qeyd edək ki, ötən gün minlərlə insan əllərində bir sıra partiyaların, o cümlədən Saakaşvilinin partiyasının bayrağı ilə Ali Radanın qarşısına toplaşaraq etiraz aksiyasına başlayıblar. Onlar deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini, həmçinin antikorrupsiya məhkəməsinin yaradılmasını tələb ediblər. Saakaşvili bildirib ki, əgər istəkləri yerinə yetirilməsə, nümayişçilər prezident Poroşenkonun istefasını tələb edəcəklər.