Saakaşvilinin fotoqrafı həbs olundu

saakasvilinin-fotoqrafi-hebs-olundu
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, İrakli Qedenidze və onun həyat yoldaşı ilə birgə dünən qanun keşikçiləri tərəfindən saxlanılıb. Saxlanılanlar arasında Gürcüstanın daxili işlər naziri Georgi Abdaladzenin də fotoqrafının olduğu bildirilib. Bununla yanaşı, foto reportyor Zurab Kurçikidzenin də adı bu məsələdə hallanır. Gürcüstan Daxili İşlər Nazirliyi isə hələ bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Səidə