“Saakaşvilinin işi bitib, İvanişvili isə...”

saakasvilinin-isi-bitib-ivanisvili-ise
Oxunma sayı: 645

Gürcüstanın sabiq prezidenti Eduard Shevardnadze bildirir ki, Bidzina Ivanishvilinin siyasi fəaliyyətini əvvəldən diqqətlə izləyib. Onun bu ilin oktyabrında keçirilmiş parlament seçkilərində qalib gələcəyinə də əmin imiş. Eks-prezidentin Gürcüstanın “Kvela siaxle” qəzetinə aşıqlamasını “Regnum” İnformasiya Agentliyi yayıb.

Shevardnadzenin qənaətincə, indiki prezident Mikheil Saakashvilinin başçılıq etdiyi “Milli Hərəkat”ın işi bitib.

Baş nazir Bidzina Ivanishviliyə gəlincə, sabiq dövlət başçısı onun düzgün yolda irəlilədiyini düşünür və deyir: “Vacib olan budur ki, o, bu yolda önəmli səhvlər etməsin”.

Eduard Shevardnadzenin fikrincə, “Milli Hərəkatı”ın xarakterik özəlliyi zorakılıq olub. O buna misal kimi 2012-ci ilin sentyabrında yayılan kadrları gətirib. Eks-prezident 300-dək adamın həbsə düşməsini də gürcü xalqının faciəsi adlandırıb. Eks-prezidentin sözlərinə görə, avropalı diplomatlar həmişə onunla görüşlərdə çoxsaylı həbslərə görə narahatlıqlarını dilə gətirirmişlər./azadliqRadiosu/