Saakaşvilinin istefası üçün imza yığmağa başladılar

saakasvilinin-istefasi-ucun-imza-yigmaga-basladilar
Oxunma sayı: 636

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, belə bir təşəbbüslə “İnsan Hüquqları Həmrəyliyi” qeyri hökumət təşkilatı çıxış edib.

İmza atanlar arasında yazıçı Cansuq Çarkiviani və Çabua Amiredjibi, rejissor Rezo Çxeidze və Qiqa Lortkipanidze kimi bir çox mədəniyyət xadimləri də var.

Xatırladaq ki, “Gürcü arzusu” fraksiyasının nümayəndələri hələ seçkilərdən əvvəl Saakaşvilini istefaya çağırıblar. Əks təqdirdə impiçment prosedurunun həyata keçirilməsinə təşəbbüs edəcəkləri ilə hədələyiblər. Seçkilərdən sonra baş nazir İvanaşvili də belə bir bəyanatla çıxış edərək prezidentin istefası tələbinin siyasi mahiyyət daşımadığını əlavə etmişdi.