Saakaşvilinin partiyası yeni hökuməti boykot etdi

saakasvilinin-partiyasi-yeni-hokumeti-boykot-etdi
Oxunma sayı: 634

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin müxalifətdə olan “Vahid Milli Hərəkat” partiyasının parlament azlığı öz işini müvəqqəti dayandırıb. Bu barədə deputat, parlamentdəki azlığın liderlərindən biri Pavle Kublaşvili məlumat verib.

Onun sözlərinə görə, bir gün öncə qəbul edilmiş bu qərar nə parlamenti boykot, nə də ki, xüsusi etiraz səciyyəlidir.

“Ümid edirəm ki, tezliklə Gürcüstanın İctimai Televiziyasına təzyiqlər sonlanacaq və siyasi motivlər üzrə saxlanılanlar azadlığa çıxacaq. Biz istənilən halda bütün ölkəni maraqlandıran aktual sualların cavabını tapmaq üçün parlamnet tribunasından istifadə edəcəyik”.

Xatırladaq ki, oktyabrın 1-də keçirilən seçkilərdə prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” partiyası parlamentdə 65 deputat yeri qazanıb.

Ölkədə yeni hökumət quran baş nazir Bidzina İvanişvilinin lideri olduğu “Gürcü arzusu” koalisiyası parlamentdə səs çoxluğu qazanıb. Yeni hökumət son günlər Saakaşvili dönəmində yüksək postlarda çalışmış şəxslərin həbsinə başlayıb.