Saakaşvilinin partiyasından prezidentliyə namizədin - - Adı

saakasvilinin-partiyasindan-prezidentliye-namizedin-
Oxunma sayı: 1998


Bu barədə şənbə günü Tbilisidə keçirilən praymerizin sonuncu altıncı mərhələsində məlum olub. Bakradze bütün rəqiblərinə bu praymerizdə qətiyyətlə qalib gəlib.

Qeyd etmək lazımdır ki, Bakradze Gürcüstanın regionlarında keçirilən bütün praymerizlərdə, həmçinin onlayn-sorğuda da qalib gəlib.

Bakradzeyə rəqib qismində parlamentin deputatları Giorqi Baramidze, Şota Malaşxiya və Zurab Abaşidze çıxış ediblər.

Qələbədən sonra Bakradze qeyd edib ki, bu gün Gürcüstana bütün ölkəni birləşdirən və fikir ayrılığı yaymayan prezident lazımdır. O, hesab edir ki, seçkilərdə qələbə qazanma şanslarına malikdir.

Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.