Saakaşvilinin tərəfdarları Oktyabr sarayını tərk etdilər - Yenilənib

saakasvilinin-terefdarlari-oktyabr-sarayini-terk-etdiler
Oxunma sayı: 3371

Bu gün Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru, “Yeni Qüvvələr Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin tərəfdarları prezidentin impiçmenti ilə bağlı yürüyüş keçiriblər.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, etirazçılar Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum ediblər.

Mitinq iştirakçıları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qıraraq Oktyabr sarayının giriş qapısını sındırıb saraya daxil olublar. 

***

“Strana.ua” xəbər verir ki, Mixail Saakaşvilinin xahişindən sonra tərəfdarları Oktyabr sarayını tərk ediblər. 

Nəşrin məlumatına görə, yürüyüşçülərin əksəriyyəti onun çağırışından sonra Ali Radanın binasına doğru hərəkət ediblər.

M. Saakaşvili açıqlamasında özünün saraya daxil olmaq niyyətində olmadığnı bildirib: “Orada kimin hələ də mübarizə apardığını bilmirəm. Baş verənlər təxribat idi. Bizə dedilər ki, ora gedib tədbir keçirə bilərik. Orada isə konsert var idi. Bizi qoza və qazla qarşıladılar. Mən böyük bir məsuliyyətlə bəyan edirəm ki, bizim sarayı zəbt etmək fikirimiz olmayıb. Bizim korrupsiyaya qarşı mübarizəmiz yalnız sülh yolu ilə ola bilər”.