Saakaşvilinin xanımı seçkilərdə uduzdu

saakasvilinin-xanimi-seckilerde-uduzdu
Oxunma sayı: 1167

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin xanımı, “Vahid milli hərəkat” partiyasının nümayəndəsi Sandra Rulofs ölkədə qatıldığı mer seçkilərində məğlubiyyətlə üzləşib.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, Zuqdudi şəhərinin meri olmaq uğrunda mübarizə aparan eks-birinci xanım 42,75 faiz səslə uduzub. Onun rəqibi “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Geori Şengeliya isə 54,45% səslə qalib gəlib.