Saakaşvilinin yerinə o gəldi

saakasvilinin-yerine-o-geldi
Oxunma sayı: 2270

Tbilisidə eks-prezident Mixail Saakaşvilinin rəhbəri olduğu Vahid Milli Hərəkat Partiyasının qurultayı keçirilib.

“Qafqazinfo”nun “news.ru”ya istinadən xəbərinə görə, Gürcüstanın keçmiş xarici işlər naziri  Qriqol Vaşadze səs çoxluğu ilə partiyanın yeni rəhbəri seçilib.

Onun namizədliyinin lehinə 364 nəfər, əleyhinə isə 1 nəfər səs verib.

M. Saakaşvili canlı bağlantı quraraq partiya üzvlərinə müraciət edib. Keçmiş prezident Vaşadze haqqında danışaraq onu müxalif qüvvələrin birliyinin simvolu olan əsl vətənpərvər kimi dəyərləndirib.